Millimiz Qızıl Avropa Liqasında ilk oyununa çıxır 

Millimiz Qızıl Avropa Liqasında ilk oyununa çıxır 

Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Qızıl Liqasında mübarizəyə start verir.
Olimpnews.az xəbər verir ki, komandamız Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində
Macarıstan yığmasını qəbul edəcək. Oyuna saat 18:00-da start veriləcək. Paytaxtımızda təşkil olunan bu turun hakimləri serbiyalı Dejan Rogic, türkiyəli Caner Cildir və həmyerlimiz Eldar Zülfüqarovdur.