Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Qızıl Liqasında ikinci oyununu keçirib.
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv Bakıda Sloveniya yığmasını sınağa çəkib.
Qarşılaşma rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Milli komandamız keçirdiyi ilk matçda Macarıstana da eyni hesabla uduzmuşdu.
Qeyd edək ki, turnirin iyunun 6-dan 8-dək keçiriləcək ikinci dövrəsi Slovakiyada təşkil olunacaq. Azərbaycan yığması ev sahibi komanda ilə yanaşı, Monteneqro ilə də üz-üzə gələcək.
Voleybol millimiz Avropa Qızıl Liqasında ikinci oyununu keçirib
