Azərbaycan Taekvondo Federasiyasının Hakimlər Komitəsinin sədr müavini Aygül Abdullayeva Koreya Respublikasının Pohang şəhərinə səfər edib.
Bu barədə Olimpnews.az-a Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində Pohanq Taekvondo Federasiyası və Pohanq İdmanlar Assosiasiyasının nümayəndələri ilə görüşlər keçirilib. Görüşlərdə Azərbaycan Taekvondo Federasiyasının fəaliyyəti, beynəlxalq uğurları və inkişaf perspektivləri barədə məlumat verilib. Görüşlər zamanı tərəflər arasında birgə layihələr, təlim-məşq toplanışları və təcrübə mübadiləsi məsələləri də müzakirə olunub.