Millimizin Gümüş Avropa Liqası üçün yekun heyəti açıqlanıb

Millimizin Gümüş Avropa Liqası üçün yekun heyəti açıqlanıb

Azərbaycanın kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Gümüş Avropa Liqası üçün yekun heyəti bəlli olub.

Bu barədə Olimpnews.az-a Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.

Baş məşqçi Fərid Cəlalov, köməkçiləri Akif Vəliyev və Cəlil Cəlilovla birlikdə 12 voleybolçuya şans verəcək.

Hücumçular: Andrey Melnikov, Cavid Əzimov, Yusif Bünyatov, Vüsal Qurbanov.

Blokçular: Aslan Həmidov Mərdan Məmmədov, Dmitri Baranov, Ramazan Ağabəyov.

Toppaylayıcılar: Roman Qurskiy, Əmirmehdi Ablou.

Liberolar: Kənan Allahverdiyev, Nihad Qasımov.

Qeyd edək ki, Azərbaycan millisi Gümüş Avropa Liqasında ilk oyunlarını 6-8 iyun tarixlərində İsveçdə keçirəcək. Fərid Cəlalovun rəhbərlik etdiyi kollektivin rəqibləri ev sahibi ilə yanaşı, Gürcüstan yığması olacaq.

Millimizin Gümüş Avropa Liqası üçün yekun heyəti açıqlanıb