Voleybol üzrə qadınlardan ibarət milli komandamız Avropa Qızıl Liqasında sonuncu oyununa çıxıb.
Olimpnews.az xəbər verir ki, yığmamız son oyununu Rumıniya kollektivinə qarşı keçirib. Xorvatiyanın Zadar şəhərində keçirilən oyun Rumıniya komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, yarışın qaydalarına əsasən 12 komandadan ilk dörd yeri tutan iştirakçılar dördlər finalına vəsiqə qazanır.
Millimiz son oyunda da məğlub doldu
