Klublararası dünya çempionatı çərçivəsində 8 saniyə qaydası tətbiq olunub.
Olimpnews.az xəbər verir ki, bu, F qrupu çərçivəsində keçirilən Cənubi Koreyanın "Ulsan" və Cənubi Afrikanın "Mamelodi Sundovns" oyununda qeydə alınıb. Belə ki, "Mamelodi Sundovs"un qapıçısı Ronven Villiams topu 8 saniyədən çox saxladığı üçün rəqib komandanın lehinə künc zərbəsi verilib.
Qeyd edək ki, oyun Cənubi Afrika təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb -0:1.
Klublararası dünya çempionatında 8 saniyə qaydası tətbiq olundu
