Hövsan Olimpiya İdman Kompleksində pankration və qrapplinq üzrə Bakı şəhər açıq çempionatı keçirilib.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə keçirilən çempionatda 195 idmançı mübarizə aparıb. Nəticələrə görə, pankration növü üzrə 2000-2002-ci illərdə anadan olmuş yeniyetmələr, 1997-1999-cu illər təvəllüdlülər, 1996-cı illər təvəllüdlülər və yuxarı yaş qrupları arasında mükafatçılar müəyyənləşib.
Qrapplinq növündə də ən yaxış idmançılar ilk üçlükdə yer alıblar.Qaliblər BŞGİBİ tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.