Avropa Gümüş Liqasında çıxış edən kişi voleybolçulardan ibarət Azərbaycan millisi III tur oyunlarına ev sahibliyi edən Farer adalarına yola düşüb
Bu barədə Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.
İyunun 20-22-də baş tutacaq maçlarda yığmanın rəqibləri Farer adaları və Avstriya komandaları olacaq.
Qeyd edək ki, 4 turdan sonra aktivində 3 xalı olan Azərbaycan millisi 5-ci pillədə qərarlaşıb.