Argentinalı mütəxəssis Hernan Krespo braziliya "San Paulo"su ilə 2026-cı ilin sonuna qədər müqavilə imzalayıb.
Olimpnews.az xəbər verir ki, bununla da o, ikinci dəfədir ki, kluba qayıdır. Sonuncu dəfə o, 2021-ci ildə "San Paulo"nu səkkiz ay işləyib. Həmin müddətdə Krespo komanda ilə 53 oyun keçirib, 24 dəfə komandasının qələbəsində pay sahibi olub. Məlumat üçün bildirək ki, 49 yaşlı məşqçinin sonuncu komandası BƏƏ-nin “Əl Əyn” klubu olub. Ötən ilin noyabrında Asiya Çempionlar Liqasında “Əl Nəsr”ə 1:5 hesablı məğlubiyyətdən sonra klubu tərk edib.