"Borussiya Dortmund" klubunun futbolçusu Jami Bynoe-Gittensin İngiltərənin "Çelsi" klubuna transferi rəsmiləşib.
Olimpnews.az xəbər verir ki, "zadəganlar" 20 yaşlı futbolçu ilə 2032-ci ilin yayına kimi müqavilə imzalayıb. London təmsilçisi transfer üçün Almaniya klubuna 48,5 milyon funt-sterlinq ödəyəcək. Müqavilədə həmçinin 3,5 milyon avroluq bonusun ödənilməsi də yer alıb.
"Çelsi" yeni transferini rəsmiləşdirdi
