"Barselona" Raşford üçün "Mançester Yunayted"lə danışıqlara başlayacaq

"Barselona" Raşford üçün "Mançester Yunayted"lə danışıqlara başlayacaq

"Mançester Yunayted" klubunun futbolçusu Markus Raşford karyerasını "Barselona"da davam etdirə bilər.

Olimpnews.az xəbər verir ki, klublar yaxın günlərdə futbolçunun transferi üçün danışıqlara başlayacaq. 27 yaşlı hücumçu İngilis özü də Kataloniya təmsilçisinin heyətinə qoşulmaqda maraqlıdır. İspaniya nəhəngi futbolçunu satınalma bəndi ilə İcarəyə götürmək istəyir.