Qış fasiləsində klublarımızdan ən səs-küylü transferi "Qəbələ” komandası edib. Qəbələ təmsilçisi Portuqaliyanın "Portu” klubunun futbolçusu Marat İzmaylovu icarəyə götürüb. Klubumuz Rusiya yığmasının keçmiş futbolçusu ilə 2014-cü ilin iyun ayının 30-dək müqavilə imzalayıb. Buyaxınlarda Marat İzmaylov Rusiya mətbuatına geniş müsahibə verib. 31 yaşlı futbolçu "Qəbələ”yə transferinin ilk təəssüratları ilə yanaşı, digər məsələlər haqda da danışıb.
- Marat, mövsümün ilk hissəsində "Portu”nun heyətində "Austriya”ya qarşı cəmi 24 dəqiqə oynayıb nəzərdən itdiniz. Portuqaliya klubundan bildiriblər ki, siz hansısa şəxsi məsələlərinizin həlli ilə məşğulsunuz. Nə baş verib?
- Müzakirə etməyə hazır deyiləm. Şəxsi səbəbli problemlərim vardı. Xırdalıqlarına getmək istəmirəm.
- Artıq probleminizi həll etmisiniz?
- Praktiki olaraq.
- Portuqaliya mətbuatı sizin hətta karyeranızı başa vura biləcəyinizi yazırdı. Bu, həqiqətdir?
- Mən işdən "Portu”nun icazəsi ilə azad olmuşam. Klub güzəştə gedərək, mənə şəxsi məsələlərin həlli üçün müəyyən vaxt verdi. Heç kim təxmin etmirdi ki, məşqsiz və oyunlarsız vaxt belə uzun çəkəcək. Həmin vaxtlar başıma müxtəlif fikirlər gəlirdi. Ancaq mən başa düşürdüm ki, futbol mənim həyatımdır. Karyeramı başa vurmaq haqda ciddi düşünməyə hələ hazır deyiləm. "Portu” və "Qəbələ” klublarına minnətdaram. Bu klublar futbola qayıtmağımda mənə şans veriblər. İndi çox şey özümdən asılıdır: yüksək səviyyədə oynayacağam və ya yox.
- Belə çıxır ki, "Portu”da sizə belə bir şans verə bilməyiblər və yaxud istəməyiblər?
- Bacarır və istəyirdilər. Ancaq futbolçu üçün idman formasını saxlamaq ən yaxşıdır. "Portu”da bütün oyunlarda həmişə yüksək səviyyə çıxış etmək olmur. Mənim üçün Azərbaycanda da asan olmayacaq. İlk məşqlərdən əmin oldum ki, Qəbələdə yaxşı komanda var.
- "Lokomotiv”də rəhbərliyi altında oynadığınız Yuri Syominlə ilk görüş necə keçdi?
- Yuri Syomin hamıya ata kimi yanaşır. Onunla işləmiş hər futbolçu bunu təsdiq edə bilər. Ancaq aramızda olan məşqçi və futbolçu məsafəsi 10 il əvvəl necə olubsa, eləcə də qalıb.
- Syomin olmasa idi, "Qəbələ” variantını gözdən keçirərdiniz?
- Yalnız onu deyə bilərəm ki, Yuri Syomin bu məsələdə əsas rol oynayıb. Transfer məsələsi bir neçə saat ərzində həll edildi. Biz telefonla söhbətləşdik. Söhbətdən bir saat sonra mənə ertəsi gün Bakıya gəlməyə bilet təqdim etdilər.
- Siz düşünmədiniz?
- Demək olar ki, dərhal qərar verdim. Futbol üçün dəlicəsinə darıxmışdım. Yuri Syominin məni bir insan və futbolçu kimi tanıması da az əhəmiyyət kəsb etmir. Bunu böyük futbola qayıtmağa bir şans kimi nəzərdən keçirirdim. Bu səbəbdən dərhal razılaşdım. Nə narahat edirdi? Bazanın və meydanların keyfiyyəti. Bu, Yuri Syomindən soruşduğum yeganə sual idi. Məşqçi inandırdı ki, Azərbaycanda bununla bağlı problemlər yoxdur və mən dərhal qərara aldım: getmək lazımdır.
- On il ərzində Yuri Syomin çox dəyişib?
- Cəmi bir neçə gündür, komandadayam. Buna görə də mühakimə etmək asan deyil. Ancaq cüzi fərqi indi də görürəm: Syominin yanaşması daha avropasayağı olub.
- Bu, hansı halda öz əksini tapır?
- Futbol terminləri çoxalıb. "Qəbələ”dəki məşqlər "Portu” və "Sportinq” klublarında öyrəşdiyim məşqlərdən çox da fərqlənmir.
- "Qəbələ” klubu haqda ilkin təəssüratlarınızdan danışardınız...
- "Qəbələ” haqda ilkin təəssüratlarım müsbətdir. Komandaya qoşulduğum gündən heç bir problemlə üzləşməmişəm. Ətrafımda baş verənləri diqqətlə izləyirəm və hər şeydən çox razıyam. Artıq bir neçə məşqdə iştirak etmişəm. Kollektivi görəndən sonra əmin oldum ki, buraya gəlməklə düzgün seçim etmişəm.
- Əvvəlcə komanda haqqında məlumatınız va idi?
- "Qəbələ” haqqında öncədən məlumatım var idi. Yuri Syominin "Qəbələ”nin baş məşqçisi təyin olunduğu vaxtdan komandanın nəticələrini diqqətdə saxlayırdım. "Qırmızı-qaralar”ın mövsümün ilk hissəsini uğurlu keçirdiyini demək olar. Komandanın bazasında futbol oynamaq üçün gözəl şəraiti var. Məhz bu faktorlar "Qəbələ”ni seçməyimə səbəb oldu.
- Məşçqçilərdən başqa, "Qəbələ”də kimsə rusca danışır?
- Bəli. Demək olar ki, bütün komanda - braziliyalı və serblər də daxil olmaqla. Onlar arasında Ukraynada oynamış futbolçular da var.
- Məşqlər rusca keçir? Tərcüməsiz?
- Bəzi anlar ingilis dilinə tərcümə edilir. Qeyd edim kimi, azərbaycanlıların ikinci dili rus və ya ingilis dilidir.
- Qəbələ və Bakı şəhərləri səndə hansı təəssüratları oyatdı?
- Heç nə görməmişəm. Məşqlər və bərpa ilə məşğul oluram. Şəhərə çıxmağa imkan olmayıb.
- Bazada qalırsınız yoxsa ev hoteldə?
- Bütün komanda beşulduzlu hoteldə yaşayır. İstək müqabilində hotelin nəzdində olan kottecdə də qalmaq olar. Ancaq mən mehmanxanada nömrə seçdim.
- Fərq nədədir?
- Ayrıca evdə qalanda küçədən keçməklə yeməkxanaya, trenajor zalına, hovuza getmək lazımdır. Hər dəfə paltar dəyişmək istəmirəm. İndi Qəbələdə hava soyuqdur: mənfi iki-üç dərəcə. Ümumilikdə, burada yaşayış şəraiti əladır.
- Oyun təqvimini, çempionatdakı vəziyyəti öyrənmisiniz?
- Təqvimə nəzər yetirməmişəm. Kiminlə nə vaxt oynamağın onsuz da fərqi yoxdur. Yalnız bir şey istəyirəm: oyunlar mümkün qədər tez-tez olsun. Bilirdim ki, ötən oyun xüsusi idi. "Qarabağ” klubu da bizim kimi çempionluq uğrunda mübarizə aparır. Fiziki vəziyyətimə gəlincə, daha yaxşı olmağa çalışıram. Əgər məşqçi mənə hər oyunda etibar etsə, meydanda yüksək səviyyədə çıxış edəcəm.
- Hansı mövqedə oynamaq daha yaxşıdır?
- Düşünürəm ki, mövqeyim yeni olmayacaq: sol və ya sağ hücumameylli yarımmüdafiəçi. Yaxud hücumçuların arxasında da oynaya bilərəm.
- Çempionluq uğurunda yarışda güclü klublarla oyunlar xüsusi mükafatlar olur?
- Həqiqi? Hətta maraqlanmamışam. Bura qazanc dalınca gəlməmişəm. "Qəbələ”yə icarə haqda söhbət düşəndə, maliyyə sualı mənim üçün onuncu idi. Mənim üçün indi əsas məsələ komandaya çempionluğu və kuboku qazanmaqda kömək etməkdir. Ən əsas məqsədim isə əvvəlki səviyyəmə qayıtmağımdır.
Hazırladı:
Rahib