Şahmat üzrə 16-cı dünya çempionu, norveçli qrossmeyster Maqnus Karlsen özü haqqında maraqlı fikirlər səsləndirib.
Olimpnews.az xəbər verir ki, o, bu yaşa qədər ömrünün nə qədərini şahmata sərf etdiyi sualına ötəri cavab verib. "Hər zaman şahmat haqqında düşünürəm. İndi də danışanda beynimdə şahmat taxtası canlanır. O, həmişə mənimlədir. Bu, öyrəndiyiniz dil kimidir. Yəni ondan sonra bu dildə düşünməyə başlayırsınız, bu hisslər heç vaxt sizi tək qoymur. Mən şahmata ayırdığım 10 min saatı heç nəyə sərf etməmişəm", - deyə Esport25-un mətbuat xidməti Karlsendən sitat gətirib.
Qeyd edək ki, Karlsen iyulun 29-dan avqustun 1-dək Ər-Riyadda keçirilən Esports Dünya çempionatı çərçivəsində şahmat turnirində iştirak edir.