Qazaxıstanın karate üzrə yığma komandası ölkəmizdədir

Qazaxıstanın karate üzrə yığma komandası ölkəmizdədir

Qazaxıstanın karate üzrə böyüklərdən ibarət milli komandası təlim-məşq toplanışı keçirmək üçün Azərbaycan gəlib. Dünya karatesinin favoritlərindən sayılan Azərbaycan yığması ilə məşq təcrübə mübadiləsi məqsədi daşıyır. 10 günlük birgə məşqlərdə idmançılar fiziki hazırlıqları ilə yanaşı, texniki və taktiki hazırlıqları üzərində də işləyəcəklər. Qeyd edək ki, ölkəmizə tam heyətlə gələn Qazaxıstan yığmasının üzvlərini qarşıda Asiya çempionatı gözləyir. Küveytdə keçiriləcək məsul yarışa son hazırlığı Azərbaycan milli komandası ilə keçən qonaq komanda Asiya çempionatına birbaşa Bakıdan yollanacaq. Azərbaycanın karate üzrə yığma komandasını isə gələn ay keçiriləcək respublika çempionatı və İstanbulda təşkil ediləcək WKF-in Premyer Liqa turniri gözləyir.