Olimpiya kateqoriyalı beynəlxalq dərəcəli güləş hakimi 60 illik yubileyini qeyd edir
Olimpizm xəbərləri
01.08.2025, 09:31
Azərbaycanın idman və pedaqoji sahəsində xüsusi xidməti olan, peşəkar fəaliyyəti ilə seçilən hüquqşünas, təqaüddə olan polis polkovnik-leytenantı, pedaqoq və beynəlxalq dərəcəli Olimpiya kateqoriyalı güləş hakimi Hicran Şərifov zəngin və çoxşaxəli fəaliyyəti ilə tanınır. 1965-ci il avqustun 1-də Bakı şəhərinin Əmircan qəsəbəsində anadan olan Hicran Şərifov 1992-ci ildə Azərbaycan Neft və Kimya Akademiyasını (indiki ADNSU) bitirib. Peşəkar fəaliyyəti ilə seçilən Hicran Şərifov 1993-cü ilin aprelindən 2019-cu ilin dekabr ayınadək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində çalışıb. Xidmətə sıravi əməkdaş kimi başlayan Hicran Şərifov 1994-2000-ci illərdə DİN-in Hərbi Nəqliyyat Polis İdarəsinin baxış bölməsində kiçik inspektor vəzifəsində çalışaraq özünü bacarıqlı və prinsipial əməkdaş kimi təsdiqləyib. 2000-ci ilin avqust ayında ona polis leytenantı rütbəsi verilib və elə həmin il DİN-in Polis Akademiyasına dəvət olunaraq, İdman-Sağlamlıq Kompleksinin rəisi vəzifəsinə təyin edilib. Akademiyada fəaliyyəti təkcə inzibati deyil, həm də pedaqoji sahələri əhatə edib. Sonrakı illərdə Fiziki hazırlıq kafedrasının müəllimi və Tədris-metodiki şöbənin baş inspektoru kimi məsul vəzifələrdə çalışıb. Xidmət illərində əldə etdiyi uğurlar və peşəkarlığı nəticəsində polis polkovnik-leytenantı rütbəsinədək yüksələn Hicran Şərifov 2019-cu il dekabrın 17-də öz istəyi ilə daxili işlər orqanlarından ehtiyata buraxılıb. Hicran Şərifov həm idmançı, həm də beynəlxalq səviyyəli hakim kimi zəngin təcrübəyə malikdir. O, yunan-Roma güləşi ilə uzun illər məşğul olub, bu sahədə Azərbaycan çempionatlarında uğurla çıxış edərək "İdman ustası" adına layiq görülüb. Hicran Şərifov Olimpiya kateqoriyalı beynəlxalq dərəcəli güləş hakimi kimi ölkəmizi Pekin-2008, London-2012 və Rio-2016 Yay Olimpiya Oyunlarında təmsil edib. O, bu nəticə ilə Yay Olimpiya Oyunlarında üç dəfə hakimlik edən yeganə azərbaycanlı kimi tarixə düşüb. Məhz London-2012 Olimpiadasında göstərdiyi yüksək peşəkarlığa görə "Dünyanın ən yaxşı güləş hakimi" elan olunaraq "Qızıl Fit" mükafatı ilə təltif edilib. Peşəkar idman fəaliyyəti ilə yanaşı, o, məşqçi kimi də fəaliyyət göstərərək Azərbaycan Respublikasının "Əməkdar məşqçisi" fəxri adına layiq görülüb. Hicran Şərifov həmçinin 1-ci Qarabağ Vətən müharibəsinin veteranıdır və 2-ci Qarabağ müharibəsi zamanı orduya dəstək qrupunun fəal iştirakçısı olub. Ölkənin idman şərəfini beynəlxalq arenalarda ləyaqətlə qoruyan Hicran Şərifov bu gün də öz zəngin təcrübəsini gənc nəslə ötürməkdə davam edir. Hicran Şərifov pedaqogika sahəsində mühüm elmi uğurlar əldə edib. O, “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi” ixtisası üzrə “Uşaq-gənclər idman məktəblərinin idarə edilməsinin elmi-pedaqoji əsasları” mövzusunda dissertasiya müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru, “Təhsilin təşkili və planlaşdırılması” ixtisası üzrə isə “Xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil alanların fiziki hazırlıq işinin təşkili” mövzusunda müdafiə edərək elmlər doktoru elmi dərəcəsinə layiq görülüb. O, eyni zamanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında baş müəllim kimi pedaqoji fəaliyyət göstərir. Hicran Şərifov 2013-cü ildən etibarən Milli Olimpiya Komitəsinin Nəzarət-Təftiş Komissiyasının sədri, 2020-2022-ci illərdə isə Gənclər və İdman Nazirliyində baş mütəxəssis vəzifəsində fəaliyyət göstərib. O, həmçinin “Neftçi İdman Klubu” və “Cəngi” Güləş Klubunda məşqçi-müəllim kimi çalışaraq, Rövşən Bayramov, Elman Muxtarov və Səbirə Əliyeva kimi tanınmış idmançıların yetişməsində mühüm rol oynayıb. O, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Tərəqqi” medalı, “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adına və “Şöhrət” ordeninə layiq görülüb. Həmçinin Azərbaycan Prezidentinin Fəxri Diplomu və Milli Olimpiya Komitəsinin “Olimpiya” ordeni ilə təltif edilib. Daxili İşlər Nazirliyi tərəfindən “Qüsursuz xidmətə görə” I, II və III dərəcəli medallar, “Əla xidmətlərə görə” döş nişanı və iki dəfə “Fəxri Fərman”la mükafatlandırılıb. Müdafiə Nazirliyinin Fəxri Fərmanına və ADNSU-nun 100 illik yubiley medalına da layiq görülüb. Təcrübəsi, biliyi və xidmətləri ilə ölkənin idman və hüquq sahəsində öz dəst-xəttini yaradan Hicran Şərifov bu gün də pedaqoji fəaliyyətini uğurla davam etdirir, gənc nəslin vətənpərvər ruhda, sağlam və peşəkar yetişməsinə töhfə verir. Azərbaycanın idman və elm ictimaiyyətinin görkəmli nümayəndəsi Hicran Şərifovu anadan olmasının 60 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayırıq!
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK