Çimərlik voleybolu yığmalarımız Avropa çempionatına yollanıb

Çimərlik voleybolu yığmalarımız Avropa çempionatına yollanıb

Azərbaycanın çimərlik voleybolu yığmaları Avropa çempionatlarında iştirak məqsədilə Avstriya və İspaniyaya yola düşüblər.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən Olimpnews.az-a verilən məlumata görə, U-22 millimiz avqustun 14-17-si aralığında Avstriya, U-20 isə avqustun 22-25-i aralığında İspaniyadakı yarışda iştirak edəcək.

Ölkə hər iki turnirdə həm oğlanlardan (Muhammad Aslanlı/İbrahim Məmmədov; ehtiyat komanda Nəriman Bayramlı/Tural Əsgərov), həm də qızlardan (Səbinə Əlizadə/Cəmilə Bəşirova) ibarət bir komanda ilə təmsil olunacaq.