Azərbaycanın voleybol millisi bu gün Belçika ilə qarşılaşacaq

Azərbaycanın voleybol millisi bu gün Belçika ilə qarşılaşacaq

Kişi voleybolçulardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Fərid Cəlalovun baş məşqçi olduğu kollektiv səfərdə Belçika ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi avqustun 16-da isə evdə Avstriya seçməsi ilə üz-üzə gələcək. Yığma bu komandalarla keçirdiyi ilk oyunlarda 0:3 hesabı ilə məğlub olub.