Federasiya rəsmisi beynəlxalq oyuna təyinat alıb

Federasiya rəsmisi beynəlxalq oyuna təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin Beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa Voleybol Konfederasiyasından (CEV) təyinat alıb.

Azərbaycan Voleybol Federasiyasından Olimpnews.az-a verilən məlumata görə, M.Frişman kişi voleybolçular arasında 2026-cı ildə keçiriləcək Avropa çempionatının təsnifat mərhələsinin oyununda iştirak edəcək.

O, avqustun 16-da İsveçrədə təşkil olunacaq E qrupunun İsveçrə - İsveç qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.