“Luxor Open” turnirində uğurlu çıxış

“Luxor Open” turnirində uğurlu çıxış


Fevralın 15-dən 17-dək Misir Ərəb Respublikasının Luksor şəhərində taekvondo üzrə "Luxor Open” turniri keçirilib.
Turnir millimiz üçün uğurlu olub. Böyüklərdən ibarət milli komandamız 3-ü qızıl, 3-ü isə bürünc olmaqla ümumilikdə 6 medal qazanıb. Təmsilçilərimizdən Mikayıl Əliyev (-54 kg), İlkin Şahbazov (74-kg) və Fəridə Əzizova (-67 kg) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Digər taekvondoçularımız Samir Aydınov (-54 kg), Ramin Əzizov (-80 kg) və Radik İsayev (-87 kg) isə bürünc medala layiq görülüblər.
Millimiz bu nəticə ilə ümumi komanda hesabında 2-ci yerə layiq görülüb.