Bakı şəhər açıq çempionatının final mərhələsi keçirilib

Bakı şəhər açıq çempionatının final mərhələsi keçirilib


"Sərhədçi” Olimpiya İdman Mərkəzində pankration, qrapplinq və MMA üzrə Bakı şəhər açıq çempionatının final mərhələsi keçirilib.
Yarışın açılış mərhələsində Bakı Şəhər Gənclər və İdman Baş İdarənin rəisi Raqif Abbasov idmançıları salamlayaraq onlara uğurlar arzulayıb.
Yarışda idmançılar 12 çəki dərəcəsi üzrə mübarizə aparıblar. Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.