İdarə rəisi AFFA nümayəndələri ilə görüşüb

İdarə rəisi AFFA nümayəndələri ilə görüşüb

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə Azərbaycan Futbol Federasiyası Assosiasiyasının nümayəndələrini qəbul edib.

Olimpnews.az xəbər verir ki, görüşdə Lənkəran-Astara regionu ərazisində mövcud olan futbol meydançaları və onların hazırki vəziyyəti müzakirə edilib. Bir neçə gün ərzində meydançalara baxış keçiriləcəyi və cari vəziyyət ilə bağlı məlumatların toplanılması haqqında söhbətlər aparılıb.