"Aston Martin" körpələri də unutmadı

"Aston Martin" körpələri də unutmadı

"Aston Martin" Britaniyanın "Egg" brendi ilə birlikdə uşaq arabaları seriyasını buraxıb.

Olimpnews.az xəbər verir ki, hər üç seriya fərqli sxemdə, "Aston Martin" yarış avtomobillərinin rənglərini təkrarlayır. Uşaq arabaları "Egg" brendinin sahibi olan "BabyStyle"in modelləri əsasında hazırlanıb. Belə ki, arabalarda parçanın örtülməsi "Aston Martin DBX707"nin interyerini təkrarlayır. Təkər diskləri isə "Valor" və "Victor" modellərinin üslubunda tərtib olunub.

Kolleksiyanın ictimaiyyətə təqdimatı Kölndəki yarmarkada təşkil edilib. Məhsulun 2025-ci ilin dördüncü rübündə satışa çıxarılacağı nəzərdə tutulub.