"Audi" komandası idman geyimləri brendi olan "Adidas" şirkəti ilə çoxillik sponsorluq müqaviləsi imzalayıb. "Bu tərəfdaşlıq iki məşhur brendi bir araya gətirir və gələcək Formula 1 komandası kimi səyahətimizdə həyəcanverici bir mərhələni təmsil edir. "Adidas" ilə bizim ixtiyarımızda olan xüsusi idman ləvazimatları olacaq, bunun sayəsində daha da səmərəli işləyə bilərik. Yarışdan əlavə, bizim ortaq məqsədimiz yeni nəsil motor idmanı həvəskarlarını ruhlandırmaqdır", - deyə şirkətin açıqlamasında qeyd olunur. Bildirilir ki, "Adidas" və "Audi" müştərək kolleksiyası 2026-cı ilin əvvəlində təqdim olunacaq.
"Audi" və "Adidas" yeni əməkdaşlığa start verdilər
