İsveçrəli yarış pilotu Laura Villars bu ilin sonunda keçiriləcək FİA (Beynəlxalq Avtomobil Federasiyası) prezident seçkilərində namizədliyini irəli sürdüyünü açıqlayıb. Olimpnews.az xəbər verir ki, bununlada o, FİA nümayndəsi Tim Mayer və hazırkı prezident Məhəmməd bin Sulayemdən sonra üçüncü namizəd olub.
Məlumat üçün bildirək ki, 28 yaşlı Villars avtoidman karyerasına 2023-cü ildə BƏƏ-də Formula 4-lə başlayıb. Ötən il o, Səudiyyə Ərəbistanında 14-cü yeri tutub və həvəskarlar arasında "Ferrari Avropa Turinq" çempionatının qalibi olub. Bu ildən etibarən xanım pilot karyerasını "Ligier Euro Touring Car Series"də davam etdirir. O, yeddi yarışdan sonra iki xal qazanıb.