Keçmiş Formula 1 sürücüsü, hazırda ekspert kimi çalışan Kristian Albers "McLaren" pilotları Lando Norris və Oskar Piastrini digər rəqibləri ilə müqayisə edib. ""McLaren"in inanılmaz dərəcədə dominant maşını var. Andrea Stella hazırda öz ətrafında güclü komanda formalaşdırır. Amma onların strategiyası zəif və sürücüləri qeyri-sabitdir. Maks Verstappen, Corc Rassel və ya Şarl Lekleri maşına qoyun, görün komanda necə çempion olur", - deyə Albers vurğulayıb.
Keçmiş pilot üç davamçısını xüsusi qiymətləndirib
