3 min saata başa gələn bahalı oyuncaq - FOTO

3 min saata başa gələn bahalı oyuncaq - FOTO

Kiçik ölçülü avtomobil modellərinin yaradılması üzrə ixtisaslaşan "Amalgam Collection" şirkəti ən son layihəsini təqdim edib. 

Olimpnews.az xəbər verir ki, onlar "Aston Martin Valkyrie" hiperkarını oyuncaq formasında təqdim ediblər. Həmin model 199 ədəd məhdud tirajla istehsal olunacaq. Onun qiyməti 14 740 funt sterlinq (təxminən 19 900 dollar) təşkil ediləcək. Qeyd olunur ki, modelin hazırlanmasına 3 min saatdan çox vaxt sərf olunub və hər biri üçün 300 saatdan çox əl yığımı tələb olunur. 

3 min saata başa gələn bahalı oyuncaq - FOTO 3 min saata başa gələn bahalı oyuncaq - FOTO 3 min saata başa gələn bahalı oyuncaq - FOTO