"Ferrari" pilotu Lyuis Hemiltonun qardaşı Nikolas Hamilton Silverstounda keçirilən Britaniya Turinq Avtomobil Çempionatının (BTCC) 25-ci yarışı zamanı qəza törədib. Onun idarə etdiyi "Cupra Leon" avtomobili 18-ci dövrədə qəflətən alışıb, nəticədə pilot təhükədən qurtula bilib.
"Silverstounda bazar günü mənim və ətrafımdakılar üçün çox məyusedici və qorxulu başladı. Olanları sakit qarşıladım. Həyatımı itirə bilərdim. Həmin hadisədən sonra sual yaranır ki, gələn həftəsonu baş tutacaq mövsümün final mərhələsində mübarizə apara biləcəyəmmi? Bunu etməsəm üzrlü sayın”, - deyə Hemilton sosial media səhifəsində yazıb.
Hemiltonun qardaşı ölümdən qurtuldu - FOTO
