Keçmiş Formula 1 pilotu olan analitik Ralf Şumaxer bildirib ki, dördqat Formula 1 çempionu Maks Ferstappenin Azərbaycan Qran Prisində qələbəsi onun üçün sürpriz olub.
“Bunu belə gözləmirdim. Əvvəl dediklərimi geri götürürəm. Bunu deməkdə əsasım var idi. Çünki əvvəlki illərdə Serxio Peres Bakıda Verstappenə daha yaxın idi. Keçən il o, təsnifat mərhələsində daha yaxşı çıxış etdi. Bu, Maksda nadir hallarda alınır. Düzdür, o vaxtlar da avtomobil o qədər də yaxşı deyildi. Maks üçün hər şey yaxşı getdi. Əlbəttə, onun performansı möhtəşəm idi. «Red Bull» da əla iş ortaya qoydu. Rəqəmlərə əsasən, Maks hətta digər sürücülərlə müqayisədə əla yarış keçirdi”, - deyə «Racingnews365» Şumaxerin sözlərindən sitat gətirib.
Qeyd edək ki, Ralf Azərbaycan Qran-Prisindən əvvəl Maks Verstappenin bu trasda qalib gəlməkdə çətinlik çəkəcəyini iddia etmişdi.