«Ferrari»nin 40 yaşlı britaniyalı pilotu Lyuis Hemilton sosial şəbəkədə 12 yaşlı buldoqu Roskonun səhhətində yaranan problemlərə görə xəstəxanaya yerləşdirildiyini açıqlayıb.
"Dəhşətli zaman keçirdik. Roskonu fikirlərinizdə və dualarınızda saxlayın", - deyə Hemilton paylaşım edib.
Xatırladaq ki, Rosko sətəlcəmdən sağaldıqdan sonra 2025-ci il mövsümündə ilk Formula 1 yarışını Britaniya Qran Prisində edib. Hemilton daha əvvəl yaşlı ev heyvanının səhhəti ilə bağlı narahatlığını bildirib.
Hemilton 12 yaşlı buldoqa görə narahatdır
