Azərbaycan Kapoeyra Federasiyası, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) dəstəyi ilə kapoeyra üzrə "Baku Open 2014” beynəlxalq turniri keçirilib.
Turnirin açılış mərasimində BŞGİBİ-nin rəisi Raqif Abbasov, Azərbaycan Kapoeyra Federasiyasının prezidenti Taleh Orucov və Ümumdünya Kapoeyra Federasiyasının "Ustalar Şurası”nın sədri Paulao Ceara çıxış ediblər.
Açılış mərasimindən sonra yerli idmançılarla yanaşı, Rusiya və Hindistandan olan 100-ə yaxın kapoeyraçı arasında müxtəlif yaş kateqoriyaları üzrə yarışlar keçirilib.
Yarışın yekun nəticələrinə görə Məhəmməd Abbasov, Yusif Həsənov, Valeh Valehli, Hacı Məmmədov, Fərid Səlimov birinci yerlərə layiq görülüblər.
Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.