“Konstitusiya və Suverenlik ili” çərçivəsində Masallı Olimpiya Kompleksində rayonda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin komandaları arasında voleybol üzrə Masallı rayon turniri keçirilib.
Olimpnews.az xəbər verir ki, turnir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, eləcə Masallı Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə baş tutub.
Turnirin açılış və təqdimetmə mərasimlərində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə gənclər və idman sektorunun, Masallı Uşaq Gənclər İdman Şahmat Məktəbinin əməkdaşları iştirak ediblər.
Yekun nəticəyə əsasən Türkoba kənd S.Vurğun adına tam orta məktəbin komandası birinci yeri tutub. Hişkədərə kənd E.Ağayev adına tam orta məktəbin komandası ikinci, Qodman kənd C.Kazımov adına tam orta məktəbin komandası isə üçüncü yerə sahib olub. Yarışın qalib komanda üzvləri Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif olunublar.
Voleybol üzrə Masallı rayon turniri keçirilib
