33 yaşında yığma komanda karyerasını yekunlaşdırdı

33 yaşında yığma komanda karyerasını yekunlaşdırdı

Kişilərdən ibarət İtaliya voleybol yığmasının aparıcı üzvü Simone Anzani millidəki karyerasını başa vurub.

Olimpnews.az xəbər verir ki, bu barədə İtaliya Voleybol Federasiyası sosial şəbəkədəki səhifəsində məlumat yayıb. "Hər birinizə ayrı-ayrılıqda minnətdarlığımı bildirmək istəyirəm. Ən böyük arzum Olimpiya Oyunlarında iştirak etmək idi. Arzuma da açatmışam. Dünya çempionatından sonra bu əynimdəki formanı təqaüdə çıxarmağın vaxtı gəlib, çatıb. Ailəmə və mənim üçün fədakarlıq edən hər kəsə borcluyam. Bunu tez-tez atasız qalan kiçik qızlarıma borcluyam. Milli komanda ilə indiki kimi böyük sevinclə yanaşı, məğlubiyyətin acısını da yaşadım".
Məlumat üçün bildiriək ki, 33 yaşlı Simone Anzani ikiqat (2022, 2025) dünya çempionudur.