Mixail Lermontovun anadan olmasının 200 illiyinə həsr edilmiş avtoyürüş Azərbaycan ərazisindən keçəcəkdir.
Rus Coğrafiya Cəmiyyətinin Penza regional şöbəsi Mixail Lermontovun anadan olmasının 200 illiyinə həsr edilmiş iki avtoyürüş keçirilməsi təşəbbüsünü irəli sürüb.
Avtoyürüşün birinci mərhələsi aprelin 28-də Penzadan başlayacaq. Bir həftə ərzində onun iştirakçıları Saratov və Volqoqrad vilayətlərindən, Kalmıkiyadan, Dağıstandan, Azərbaycandan, Gürcüstandan, Şimali Osetiyadan, Kabarda-Balkardan, Stavropol və Krasnodar diyarlarından, Rostov və Tambov vilayətlərindən keçəcəklər.
Sonra iyulun 5-dək avtoyürüşün ikinci mərhələsi Ryazan, Moskva, Tver, Novqorod, Leninqrad, Lipetsk və Tambovdan keçəcək.
Avtoyürüşdə Coğrafiya Cəmiyyətinin üzvləri, səyyahlar, jurnalistlər, diyarşünaslar iştirak edəcəklər.