“Bahrain Open” turniri 8 medalla yadda qaldı

“Bahrain Open” turniri 8 medalla yadda qaldı


Bəhreyn Krallığının paytaxtı Manama şəhərində taekvondo üzrə "Bahrain Open” turniri keçirilib. Yarışda 13 idmançı ilə təmsil olunan böyüklərdən ibarət milli komandamızün üzvləri vətənə 5 gümüş və 3 bürünc medalla dönüblər. 28 ölkədən 400 idmançının iştirakı ilə keçirilən 6-cı turnirdə millimiz komanda hesabında 2-ci yeri tutub. Qadınlardan ibarət milli komandanın baş məşqçisi, eləcə də kişilərdən ibarət milli komandanın böyük məşqçisi, əmkdar məşqçi Gündüz Abdullayevin rəhbərliyi altında yola düşən komandamızın üzvlərindən Günay Ağakişiyeva (-57 kq), Səbinə Mikayılova (-53 kq), Fəridə Əzizova (-67 kq), Marina Tedeeva (-73 kq), Anastasiya Kan (-46 kq) gümüş, Ayxan Tağızadə (-63 kq), İnci Zeynep Sönmez (-62 kq) və Patimat Abakarova (-49 kq) isə bürünc medal qazanıblar.