Lerik şəhəri Arif Nuriyev adına 1 saylı texniki fənlər təmayüllü məktəb-liseyin idman zalında “11 Oktyabr - Beynəlxalq Qızlar Günü” münasibətilə "Sağlam qızlar" devizi altında yeniyetmə qızlar arasında voleybol turniri keçirilib.
Olimpnews.az xəbər verir ki, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən turnir maraqlı idman mübarizəsi ilə yadda qalıb. Yarışın qalibi Lerik şəhər M.Bağışov adına 3 saylı tam orta məktəbin komandası olub. Yarışda 2-ci yeri Lerik şəhər İnteqrasiya təlimli, İnternat tipli Gimnaziyanın komandası tutub. Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü məktəb-liseyinin komandası üçüncü yerlə kifayətlənib.
Qalib komandalara Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.