Bu gün qadın voleybolçuların Yüksək Liqada ikinci turun oyunlarına start verilib.
Olimpnews.az xəbər verir ki, turun ilk oyununda “Azərreyl" klubu “DH Volley” komandasını qəbul edib. Azərbaycan Voleybol Federasiyasının idman zalında keçirilən oyunun qalibi tay-brekdə müəyyənləşib. Gərgin mübarizə şəraitində keçən oyunun sonunda “DH Volley” klubunun voleybolçuları 2:3 (25:23, 20:25, 11:25, 25:23, 12:15) hesablı qələbəyə seviniblər.
Qeyd edək ki, turun növbəti oyunları oktyabrın 21-23-də keçiriləcək. Sabah "Murov Az Terminal" - "Gəncə", ertəsi gün isə "Turan" - " Gənclər" oyunu keçiriləcək.
Yüksək Liqa: Qadın voleybolçular arasında ikinci tura start verildi
