Yunanıstanın "Panatinaykos" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Olimpnews.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 65 yaşlı ispaniyalı mütəxəssis Rafael Benitez "Panatinaykos"un yeni baş məşqçisi təyin olunub.
Qeyd edək ki, R.Benitez karyerası ərzində "Real Madrid", "Liverpul", "Napoli" və "Valensiya" kimi iddialı klubların baş məşqçisi olub. Benitezin son olaraq 2023-cü ilin iyulundan 2024-cü ilin martına qədər İspaniyanın "Selta Viqo" klubunda çalışıb.


