Samsunda qalib müəyyənləşmədi

Samsunda qalib müəyyənləşmədi

Futbol üzrə Türkiyə Super Liqasında X turun oyunlarına yekun vurulub. 
Olimpnewz.az xəbər verir ki, turun son oyununda "Samsunspor" "Rizespor" klubu ilə üz-üzə gəlib. Oyun 1:1 hesabı ilə başa çatıb. Matçda hesab 7-ci dəqiqədə açılıb. "Samsunspor"un futbolçusu Karlo Holse fərqlənib. Qarşılaşmanın 43-cü dəqiqəsində isə Cesurun Rak-Sakyi hesabdaki tarazlığı bərpa edib. Heç-heçədən sonra tərəflər hərəyə bir xal qazanıblar. Meydan sahibləri 17 xalla beşinci, "Rizespor" isə 10 xalla 12-cidir.