Karate yarışlarının təşkili ilə bağlı müzakirələr aparılıb

Karate yarışlarının təşkili ilə bağlı müzakirələr aparılıb



Bugünlərdə Azəraycan Milli Karate Federasiyası (AMKF) rəhbərliyinin Bakı-2015 Avropa Oyunları Təşkilat Komitəsinin 9 növ üzrə yarış meneceri İris Vlahovtsikov ilə görüşü keçirilib. Görüşdə AMKF-in prezidenti Yaşar Bəşirov, l vitse-prezidenti İlham Qasımzadə, vitse-prezidenti Yusif Məmmədov, baş katibi Mir-Cabbar Seyidov, katibi Aydan Zeynalova və media katibi Sənan Məhərrəmov iştirak ediblər. Görüş zamanı Avropa Oyunlarına karate idman növü üzrə hazırlıqla bağlı müzakirələr aparılıb. Federasiyanın prezidenti Yaşar Bəşirov qonağa Azərbaycan karateçilərinin beynəlxalq aləmdə qazandığı uğurlar barədə ətraflı məlumat verib. O, qeyd edib ki, Dünya Karate Federasiyası (WKF) və Avropa Karate Federasiyasının (EKF) prezidenti Antonio Espinoz Bakı-2015 l Avropa Oyunları ilə bağlı artıq 2 dəfə ölkəmizə səfər edib. Yaşar Bəşirov WKF Təşkilat Komitəsinin sədri K.Esteban və EKF-in baş katibi S.Selanlanın aprel ayında növbəti dəfə Azərbaycana səfər edəcəyini xatırladıb. Görüş zamanı həmçinin qarşıdakı mötəbər yarışlarla bağlı müxtəlif səpgili müzakirələr aparılıb. Qeyd edək ki, Bakı-2015 l Avropa Oyunlarında karate yarışları iyunun 13-14-də "Crystal Nall” İdman-Konsert Kompleksində keçiriləcək. Kişilər -60 kq, -65 kq, -75 kq, -84 kq və +84 kq çəki dərəcələrində, qadınlar isə -50 kq, -55 kq, -61 kq, -68 kq və +68 kq çəki dərəcələrində yarışacaqlar.