Jalə Əliyeva: “Ardıcıl ikinci dəfə İslam Oyunlarının qalibi olmaq qürurvericidir” - MÜSAHİBƏ
Olimpizm xəbərləri
08.12.2025, 21:43
Azərbaycan qadın güləşinin son illərdə yetişdirdiyi ən parlaq simalardan biri olan Jalə Əliyeva növbəti dəfə adını qızıl hərflərlə tarixə yazdırdı. 57 kq çəki dərəcəsində mübarizə aparan idmançımız VI İslam Həmrəyliyi Oyunlarında bütün rəqiblərinə qalib gələrək ardıcıl ikinci dəfə bu mötəbər yarışın çempionu oldu. O, İslamiadada ilk qızılını 2022-ci ildə Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında qazanmışdı. Jalə Əliyeva İslamiadada əldə etdiyi və gələcək planları barədə Olimpnews.az saytına müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik. - Jalə xanım, VI İslam Həmrəyliyi Oyunlarında qazandığınız çempionluq ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyır. Bu mötəbər yarışa hazırlıq prosesi necə keçdi? Sizin üçün ən çətin mərhələ hansı oldu? - VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanmaq mənim üçün həm böyük qürur, həm də məsuliyyət idi. Yarışa hazırlıq prosesində həm fiziki, həm də psixoloji hazırlıq üzərində ciddi şəkildə çalışdıq. Düzünü desəm, ən çətin məqam məhz yüksək təzyiq altında özümü ruhən möhkəm saxlamaq idi. Lakin komanda yoldaşlarımın, məşqçilərimin davamlı dəstəyi və inamı sayəsində bütün çətinliklərin öhdəsindən gəlməyi bacardım. - Ardıcıl ikinci dəfə İslam Həmrəyliyi Oyunlarının qalibi oldunuz. Fərqli ölkələrdə çempionluq sevinci yaşayan idmançı kimi, bu iki yarışın oxşar və fərqli cəhətlərini nədə görürsünüz? - İslam Həmrəyliyi Oyunlarının ardıcıl qalibi olmaq qürurvericidir. Hər iki yarışın özünəməxsus çətinlikləri və gözəllikləri var. Oxşar cəhət ondan ibarət idi ki, hər iki turnirdə son dərəcə yüksək rəqabət hökm sürürdü və Azərbaycan bayrağını zirvəyə qaldırmaq hər dəfə eyni dərəcədə qürurverici idi. Fərqli məqamlar isə əsasən yarışların keçirildiyi ölkələr, ümumi atmosfer və azarkeş dəstəyi ilə bağlı idi. Müxtəlif ölkələrdə çempionluq qazanmaq idmançının fərqli mühitlərə uyğunlaşmaq bacarığını formalaşdırır və onun təcrübəsini daha da zənginləşdirir. - Yarışdan sonra ilk olaraq kiminlə danışdınız və həmin an eşitdiyiniz təbrik sizə necə təsir bağışladı? - İlk olaraq anamla danışdım. Onu hər zaman sevindirmək mənim üçün ən böyük xoşbəxtlikdir. Anamın dəstəyi mənim üçün çox dəyərlidir. - İslamiada ərzində hansı görüş sizin üçün daha çətin oldu? - Bu yarışda mənim üçün ən həlledici görüş Türkiyə təmsilçisi ilə oldu. Həmin rəqiblə əvvəlki turnirlərdə də qarşılaşmışdım. Onun nə qədər güclü, taktiki baxımdan hazırlıqlı idmançı olduğunu yaxşı bilirdim. Rəqibimə düzgün taktika seçməklə qalib gəldim. Məhz bu görüş yarışın taleyini mənim üçün həll edən dönüş nöqtəsi oldu. - Bu Oyunlarda medal qazanan qadın güləşçilərimizin əksəriyyəti regionlardan yetişən idmançılardır. Sizcə, regionlarda qadın güləşi üçün bu yarışın hansı təsirləri var? - Bu Oyunlarda medal qazanan qadın güləşçilərin əksəriyyətinin regionlardan çıxması bir daha göstərdi ki, bölgələrdə də istedadlı və yüksək potensiala sahib idmançılar yetişir. İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışlarda əldə edilən nəticələr regionlarda qadın güləşi üzrə marağın və dəstəyin artmasına səbəb olacaq. Bu da gələcəkdə daha geniş və güclü bir idmançı bazasının formalaşmasına zəmin yaradacaq. - 2025-ci il ümumilikdə sizin üçün necə keçdi? - 2025-ci il mənim üçün həm zədələrlə, həm də uğurlarla dolu oldu. Zədələrim çox olsa da, onlarla mübarizə apardım. Özümə ən böyük iradım bəzən zədələrin təsiri altında tam potensialımı göstərə bilməməyimdir. Amma buna baxmayaraq, əzmlə çalışaraq, medallarla və uğurlarla dolu bir il keçirdim. - Bəzən güləşdə bir məğlubiyyət idmançıya qələbədən də daha çox dərs verir. Sizi daha da gücləndirən, yadda qalan belə bir məğlubiyyətiniz olubmu? - Bəli, belə bir məğlubiyyətim olub və əminliklə deyə bilərəm ki, həmin qarşılaşma mənə çox önəmli dərslər verdi. Doğrudur, qələbə anlarında bəzən buraxdığımız səhvləri görmürük, lakin məğlubiyyət insanı daha dərindən düşünməyə, özünü təhlil etməyə vadar edir. Mənim üçün ən yaddaqalan məğlubiyyətlərdən biri beynəlxalq turnirlərin birində, gözləmədiyim məqamda oldu. Həmin qarşılaşma mənə həm texniki, həm də psixoloji baxımdan hansı cəhətlər üzərində daha çox çalışmalı olduğumu açıq şəkildə göstərdi. - Üç il sonra Olimpiya həyəcanı başlayacaq. Sizcə, bu müddətdə hansı cəhətlərdə daha çox inkişaf etməlisiniz ki, olimpiadaya vəsiqə qazanıb, uğur əldə edəsiniz? - Bu müddətdə ideal formada olmaq üçün bir neçə əsas sahədə inkişaf etməliyəm. Birincisi, fiziki hazırlığımı maksimum səviyyəyə çatdırmaq, dözümlülük və gücümü artırmaqdır. İkincisi, texniki və taktiki bacarıqlarımı daha da təkmilləşdirmək, rəqiblərin strategiyalarına daha çevik uyğunlaşmaq önəmlidir. Üçüncüsü, psixoloji hazırlıq üzərində işləmək, yarış stresi ilə mübarizə aparma qabiliyyətimi gücləndirmək və özümə inamımı artırmaq vacibdir. Bundan əlavə, zədələrdən qorunmaq və bərpa proseslərini optimallaşdırmaq da əhəmiyyətlidir. Bütün bunlar mənə olimpiadaya ən yaxşı formada hazırlaşmağa kömək edəcək. Azər Əlizadə
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Olimpiya mükafatçımız U-17 millisinin böyük məşqçisi təyin edildi
Bugün, 22:14 Son xəbər
-
AMADA-nın Müşahidə Şurasının növbəti iclası keçirilib
Bugün, 19:51 AMADA
-
MPK-nın nümayəndə heyəti Avropa Paralimpiya Komitəsinin forumunda iştirak edib
Bugün, 19:16 Olimpiya dünyası
-
Azərbaycan və Serbiya idman sahəsində əməkdaşlığı genişləndirəcək
Bugün, 18:59 Olimpiya dünyası
-
Qəhrəmanlıq tariximizə şərəf qatanlar
Bugün, 18:05 Olimpiya dünyası
-
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə minifutbol turnirinə start verilib
Bugün, 16:25 Futbol
-
Azərbaycanın kişi tennisçilərdən ibarət yığması “Davis Cup”da iştirak edəcək
Bugün, 15:55 Tennis
-
Azərbaycan kanoeçisi Avropa çempionatında mübarizə aparacaq
Bugün, 15:37 Olimpizm xəbərləri
-
Azərbaycan gimnastları Dünya Kuboku və AGF Trophy yarışlarında üç qızıl medal qazandılar
Bugün, 15:21 Gimnastika
-
Millimizin baş məşqçisi Vyetnamda təlim keçib
Bugün, 13:25 Güləş
-
Məşqçilər üçün seminar təşkil edilib
Bugün, 12:32 Taekvondo
-
Azərbaycan Kubokunun qalibləri müəyyənləşib
Bugün, 11:49 Güllə atıcılığı
-
Helsinborqda bürünc medal
Bugün, 11:40 Tennis
-
Şahmatçımızdan uğurlu başlanğıc
Bugün, 10:47 Olimpizm xəbərləri
-
Bakıda keçirilən beynəlxalq tennis turniri başa çatıb
Bugün, 10:10 Tennis
-
Monako Qran-prisinin qalibi müəyyənləşdi
Bugün, 01:58 Formula 1
-
Dünya Kubokunda dördüncü yer
Bugün, 01:21 Basketbol
-
Azərbaycanın minifutbol millisi azarkeşlərlə görüşüb
Bugün, 00:55 Futbol
-
Olimpiya mükafatçımız Romada medalçılar sırasında yer aldı
07.06.2026, 23:27 Taekvondo
-
Parataekvondoçularımız "Prezident Kuboku"nda üç medal qazanıblar
07.06.2026, 23:19 Taekvondo
-
SOCAR minifutbol komandası III Dünya Korporativ Oyunlarının qalibi olub
07.06.2026, 21:49 Futbol
-
Monako Qran-prisinin qalibi müəyyənləşdi
07.06.2026, 21:38 Formula 1
-
Dünya çempionatının növbəti oyunları keçirilib
07.06.2026, 21:34 Olimpiya dünyası
-
Tallin sınağı üç medalla yadda qaldı
07.06.2026, 20:25 Cüdo
-
Voleybol yığmamız İsveçə də məğlub oldu
07.06.2026, 19:50 Voleybol
-
Qadın voleybol yığmamız Estoniyaya qalib gəldi
07.06.2026, 19:36 Voleybol
-
Xatirə turnirinin qalibləri mükafatlandırılıb
07.06.2026, 16:39 Cüdo
-
Su İdman Növləri Federasiyası “Classics & Supercars” avtomobil festivalında iştirak edib
07.06.2026, 16:23 Fotoqalereya
-
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
07.06.2026, 15:07 Futbol
-
Millimiz Lüksemburq və İrlandiya ilə oyunlara hazırlığa başlayıb
07.06.2026, 13:17 Basketbol
-
3x3 basketbol millimizbDünya Kubokunda yarımfinal oyununa çıxır
07.06.2026, 11:03 Basketbol
-
Kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında ikinci görüşünə çıxır
07.06.2026, 10:45 Voleybol
-
Qadın voleybolçulardan ibarət millimiz Avropa Liqasında Estoniya ilə qarşılaşacaq
07.06.2026, 10:05 Voleybol
-
Akrobatika və aerobika gimnastikası üzrə beynəlxalq turnirdə ikinci gün başa çatıb
07.06.2026, 00:43 Gimnastika