"Çelsi"nin baş məşqçisi Enzo Mareska İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşı məşqçisi seçilib.
Olimpnews.az Premyer Liqanın mətbuat xidmətinə istinadən bildirib ki, baş məşqçinin klubdakı fəaliyyəti uğurlu sayılır. Onun rəhbərliyi altında "zadəganlar" noyabrda
"Tottenhem"i (1:0), "Vulverhempton"u (3:0) və "Börnli"ni (2:0) məğlub ediblər. Onların yeganə oyunu "Arsenal"la (1:1) heç-heçə ilə başa çatıb.
Məlumat üçün bildirək ki, "Çelsi" hazırda 15 turdan 25 xalla Premyer Liqanın turnir cədvəlində beşinci pillədə qərarlaşıb.
Mareska "zadəganlar"ın ümidlərini doğruldur


