"Atletiko" doğma meydanda 3 xal qazandı

"Atletiko" doğma meydanda 3 xal qazandı

Futbol üzrə İspaniya La Liqasında 17-ci turun oyunları davam edir.

Olimpnews.az xəbər verir ki, turun ikinci oyun günündə Madrid "Atletiko"su doğma meydanda "Valensiya" klubunu qəbul edib. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Matçda hesabı Dieqo Simeonenin komandası açıb. 17-ci dəqiqədə Koke fərqlənib. Lakin qarşılaşmanın 63-cü dəqiqəsində Lukas Beltran hesabı bərabərləşdirib. Lakin matçın 74-cü dəqiqəsində Antuan Qrizmann fərqlənərək "Atletiko"ya qələbə qazandırıb. Qələbə sayəsində aktivinə 3 xal yazdıran madridlilər 34 xalla dördüncü pillədə qərarlaşıb. "Yarasalar" isə 15 xalla 17-cidir.