Misli Premyer Liqasında ilin son turuna start verilir

Misli Premyer Liqasında ilin son turuna start verilir

Bu gün futbol üzrə Misli Premyer Liqasında 2025-ci ilin sonuncu turuna start veriləcək.

Olimpnews.az xəbər verir ki, turun açılış oyunu qərb derbisi ilə başlayacaq. Yevlax şəhər stadionunda təşkil olunacaq oyunda “Kəpəz” klubu “Turan Tovuz”u sınağa çəkəcək. Bakı vaxtı ilə saat 14:00-da başlayacaq oyunu FIFA dərəcəli hakim Kamal Umudlu idarə edəcək. 

Hazırda "Kəpəz" klubu 9 xalla 10-cu, "Turan Tovuz" klubu isə 24 xalla 5-ci pillədə yer alıb. Tura dekabrın 22-də yekun vurulacaq.