"Barselona" may ayında Madrid "Real"ına qarşı "El Klasiko" matçı üçün biletləri indidən satışa çıxarıb.
Olimpnews.az xəbər verir ki, biletlərin qiyməti dörd min avroya qədərdir.
Xatırladaq ki, bu mövsüm tərəflər arasında ilk görüşdə "Real" rəqibinə 2:1 hesabı ilə qalib gəlib. Lakin turnir cədvəlində hazırda "Barselona" klubu liderliyini qoruyur.


