Pedri zədələndi?

Pedri zədələndi?

"Barselona" klubunun yarımmüdafiəçisi Pedri həftə sonu İspaniya La Liqasının 18-ci turu çərçivəsində "Vilyareal"la oyunu buraxa bilər.

Olimpnews.az xəbər verir ki, buna səbəb ispaniyalı futbolçunun əzələsində yüklənmə hiss etməsidir. Bu səbəbdən gənc oyunçunun "Vilyarealla" iştrakı sual altındadır. Məşqçilər futbolçunu riskə atmamaq üçün onun hazırki durumunu dəyərləndirəcəklər.