"Barselona"nın beş seçimi var

"Barselona"nın beş seçimi var

"Barselona" müdafi xəttini gücləndirmək üçün namizədləri nəzərdən keçirir. 
Olimpnews.az "Mundo Deportivo"nun məlumatına istinadən xəbər verir ki, klubun potensial yeni transferlər siyahısında Alessandro Bastoni ("İnter"), Yoşko Quardiol ("Mançester Siti"), Mark Qehi ("Kristal Pelas"), İbrahima Konate ("Liverpul") və Niko Şlotterbek ("Borussiya Dortmund") kimi futbolçular yer alıb. "Barselona" bu namizədləri yaya qədər heyətə cəlb etməyə cəhd edəcək.