Argentinalı futbol ulduzu Lionel Messinin bacısı Maria Sol Messi avtomobil qəzası keçirib.
Olimpnews.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, o, sükan arxasında huşunu itirib avtomobil idarəetnədən çıxaraq divara çırpılıb.
Qəza nəticəsində Maria onurğa sütununda, dabanında və biləyində sınıqlar, həmçinin müalicəsi çətin olan yanıq xəsarətləri alıb.
Rosario şəhərinə gətirilən Maria Messiyə artıq reabilitasiya prosesinə başlanılıb.
Messinin bacısı qəza keçirdi


