V.İbrahimov adına Lerik şəhər İnteqrasiya təlimli, İnternat tipli Gimnaziyanın idman zalında Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində "21 Dekabr – Dünya Basketbol Günü" nə həsr olunmuş ümumtəhsil məktəblərinin VIII-XI sinifdə oxuyan qızlardan ibarət komandaları arasında 3x3 basketbol üzrə rayon turniri keçirilib.
Olimpnews.az xəbər verir ki, 4 məktəbli komandasının üz-üzə gəldiyi, maraqlı idman mübarizəsi şəraitində keçən yarışda I yeri V.İbrahimov adına Lerik şəhər İnteqrasiya təlimli İnternat tipli Gimnaziyanın komandası tutub. II yeri Lerik şəhər 3 saylı tam orta məktəbinin komandası, III yeri isə Lerik şəhər V.Müslümov adına 2 saylı tam orta məktəbinin kollektivi qazanıb.
Qalib komandalara Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplomlarına layiq görülüblər.
Lerikdə 3x3 basketbol üzrə rayon turniri keçirilib


