Madrid "Real"ının futbolçusu Eduardo Kamavinqa Anqolaya dəstək olmağa qərar verib.
Olimpnews.az xəbər verir ki, 23 yaşlı futbolçu Anqolada gənclər üçün futbol akademiyası və məktəb açır.
“Burada, mənim üçün hər şeyin başlanğıcıdır. Anqolada gənclər üçün futbol akademiyası və məktəb açmağı seçdim. Məqsədim ölkəmin mənə verdiklərini ona geri qaytarmaqdır. Bu, mənə böyük sevinc verir. Öz ölkəmə qayıtmaqdan və onun inkişafına töhfə vermək fürsəti əldə etməkdən çox xoşbəxtəm.


