Bunu "Real Sosiedad" qədər yaxşı edən çox az klub var

Bunu "Real Sosiedad" qədər yaxşı edən çox az klub var

Hazırda ingiltərənin "Everton" klubunun baş məşqçisi olan David Moyes bir müddət öncə verdiyi müsahibədə La Liqada keçirdiyi dönəmdən danışıb. “İspaniya futbolunda məni bir çox şey təəccübləndirdi. O dövrdə oraya getmək mənim üçün əla qərar idi. Çox az ingilis mütəxəssisin Avropanın aparıcı liqalarında işləmək imkanı olurdu. "Real Sosiedad" klubundan təklif aldığım zaman çox həyəcanlanmışdım. Həqiqətən də möhtəşəm bir yer idi. Əgər heç vaxt San Sebastiana getməmisinizsə, mütləq oraya baş çəkin. Onlar mənə çox şey öyrətdilər. Futbolçular əla idi. Liqadan isə tam olaraq həzz almadım, çünki oyunların başlama vaxtları tez-tez dəyişirdi, qərarlar son anda verilirdi. Komandanın əsas hissəsi öz akademiyalarından yetişən bask futbolçularından ibarətdir. Əcnəbi oyunçu sayı çox deyildi. Bu isə mənə uyğun idi, çünki həmişə gənclərə şans verməyi sevmişəm. Açığı, bunu "Real Sosiedad" qədər yaxşı edən çox az klub var!”, deyə Moyes bildirib.